Bakıda iki uşaq qaynar sudan yanıbbackend

Bakıda iki uşaq qaynar sudan yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər rayonunda üç nəfər yanıq xəsarətləri alıb.

İnterpress.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə südçülük sovxozunda baş verib.

Səhiyyə Nazirliyinin məlumatında bildirilib ki, hadisə yerindən yanıq xəsarətləri alan 32 yaşlı qadını, üç yaşlı oğlanı və beş yaşlı qızı 5 saylı Şəhər Kliniki Xəstəxananın yanıq şöbəsinə çatdırıblar.

Hadisənin yaralıların üzərinə qaynar suyun dağılması nəticəsində baş verdiyi bildirilib. Həkimlər tərəfindən yaralılara aşağı ətrafların ikinci və üçüncü dərəcəli termik yanıq diaqnozu qoyulub.

İnterpress.az