Zelenski Lukaşenkonun təklifini rədd etdibackend

Zelenski Lukaşenkonun təklifini rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukrayna sərhədlərini müdafiə və mühafizə etməklə bağlı təklifini qəbul etməyib. 

“İnterfaks” xəbər verir ki, Zelenski Lukaşenkonun ona sərhəddə hərbi kontingenti artırmağı təklif etdiyini qeyd edib. 

Prezidentin sözlərinə görə, onun və ölkəsinin Donbasdakı Rusiya sərhədində nəzarəti bərpa etmək üçün Belarus və ya digər ölkənin köməyinə ehtiyacı yoxdur. 

“Mən ona təşəkkür etdim, lakin düşünürəm ki, bizim öz sərhədçilərimiz kifayət edər”, – Zelenski bildirib.