Ronaldu evlənməsi xəbərlərini təkzib edir: “Anamın arzusudur”backend

Ronaldu evlənməsi xəbərlərini təkzib edir: “Anamın arzusudur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriştianu Ronaldu uzun müddət birgə yaşadığı Corcina Rodriqeslə Mərakeşdə evlənməsi xəbərlərini təkzib edib.

İnterpress.az xəbər verir ki, “Novella 2000” nəşrinin yazdığına görə, toy avqustun sonlarında baş tutub.

Lakin 34 yaşlı futbolçu 25 yaşlı keçmiş mağaza satıcısı olmuş Corcina ilə evlənmə xəbərini təkzib edib. O bildirib ki, 2016-dan bəri nişanlı olduğu Corcina ilə evlənməyini anası Maria Doloreş duş Santuj Aveyru da istəyir:

“O, mənə çox kömək edib. Təbii ki, onunla eşq yaşayıram. Yəqin, bir gün toyumuz olacaq. Bu, mənim anamın arzusudur”.

Qeyd edək ki, cütlüyün doqquz yaşlı Kriştianu (Junior), iki yaşlı Eva və Mateo adlı əkizləri və Alana adlı övladları var.

İnterpress.az