BDU-nun yataqxanasında tələbə qızlar zəhərlənib, ölən var – ADLAR – YENİLƏNİBbackend

BDU-nun yataqxanasında tələbə qızlar zəhərlənib, ölən var – ADLAR – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin kimliyi müəyyənləşib.

İnterpress.az-ın xəbərinə görə, bunlar Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızıdır.

Məlumata görə, D.Quliyevanın vəziyyəti ağırdır.

Qeyd edək ki, BDU-nun rektoru Elçin Babayev zəhərlənən tələbələrə baş çəkmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.

14:25

Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə Təcili Tibbi Yardıma müraciət saat 12:35-də daxil olub.

Həkimlər qeyd edilən ünvana çatdıqda otaqda huşsuz vəziyyətdə üç tələbə qızı aşkarlayıblar.

Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.

Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Vəziyyəti kritik olan qızların yaşlarının təxminən 20-22 arası olduğu bildirilib. Onların müalicələri davam edir.

İnterpress.az