Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə vəsait ayrılıbbackend

Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə vəsait ayrılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

İnterpress.az-ın  məlumatına görə, sərəncamla Sumqayıt şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

İnterpress.az