Azərbaycan pavilyonu yenidən XTNS-də qapılarını ziyarətçilərin üzünə açacaqbackend

Azərbaycan pavilyonu yenidən XTNS-də qapılarını ziyarətçilərin üzünə açacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (XTNS) müxtəlif pavilyonları, fəvvarələri, xiyabanları, heykəlləri və s. özündə birləşdirən unikal memarlıq-park kompleksidir.

İnterpress.az xəbər verir ki, təntənəli açılışı 1939-cu ildə baş tutan kənd təsərrüfatı sərgisi (Ümumittifaq Kənd Təsərrüfatı Sərgisi – ÜKTS) 1959-cu ildə adını indiki formaya dəyişib.

Ötən əsrin 90-cı illərində dövlət maliyyələşməsindən məhrum olduqdan sonra böhran yaşayan sərgi 2013-cü ilin sonlarından – Rusiya prezidenti Vladimir Putin unikal kompleksi Moskva Hökumətinə verdikdən sonra dirçəlməyə başladı. Yenidənqurma işləri aparıldı, yeni pavilyonlar açıldı. 2016-2018-ci illərdə XTNS-də olan 11 Mədəni İrs obyekti bərpa edilib.

XTNS-in dirçəlməsi ilə keçmiş SSRİ ölkələrinin milli pavilyonları da ikinci həyatını qazanmış oldu.

Qeyd edək ki, Azərbaycan 1939-cu ildəki ilk sərgidə də pavilyonla çıxış edib. O zaman Azərbaycan SSR-nin pavilyonu Azərbaycan Politexnik İnstitutunun Memarlıq və inşaat fakültəsinin məzunlarının – memarlar S.A.Dadaşov və M.A.Heseynovun layihəsinə əsasən inşa edilmişdi.

2018-ci ildə Azərbaycan tərəfinin razılaşdırılmış layihəsinə əsasən, pavilyonda təmir-bərpa işlərinə başlanılıb. Beləliklə, XTNS-də Azərbaycan Respublikasının pavilyonu tezliklə yenidən qapılarını ziyarətçilərin üzünə açacaq.

İnterpress.az