Qazaxın respublikamızın ən gözəl və abad rayonlardan birinə çevrilməsində böyük əməyi olan Rəcəb Babaşovbackend

Qazaxın respublikamızın ən gözəl və abad rayonlardan birinə çevrilməsində böyük əməyi olan Rəcəb Babaşov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Bəzi “jurnalistlər” var ki, qapı-qapı düşüb dövlət idarələrində məmurları şantaj edərək pul dilənməklə məşğul olurlar. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.

Qazax, onun rəhbərliyi barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi, elimi-obamı, Vətənimi bütün varlığımla sevən bir vətəndaş kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən “Rəcəb Babaşov özünə 250 minlik avtomobil aldı, Qazax icra başçısı Rəcəb Babaşov Qazax sakinini intihara sürükləyir, Qazaxın icra başçısından prezidentə şok şikayət: “Qızımı Rəcəb Babaşovun əlindən xilas edin…, ” başlıqlı həqiqətdən uzaq yazıları görəndə istədim ki, ona cavabı özüm yazam.

Demək belə, yeni-yeni fəaliyyətə başlayan bəzi saytlar Qazaxa rəml atmaq istəyir. Kimin vasitəsilə, o da bizə yaxşı məlumdur. Saytların rəhbərləri kimə xidmət etdiyi, kimin sifarişini yerinə yetirdiyi, ədalətli iş adamlarına, icra strukturlarının rəhbərlərinə tor qurmaq üçün kimlərlə iş birliyinə getməsi də diqqətimizdən kənarda deyil.

Qazaxa öz əyri prizmasından baxan sayt yazır ki, “Rayonda sosial problemlər artmaqla sadə insanların yaşayış səviyyəsi aşağı düşüb”. Bəsirət gözü olmayanlara bir daha xatırladırıq ki, Azərbaycanda o cümlədən Qazaxda insanlar, “sadə” “mürəkkəb” və digər qruplara bölünmür. Dövlət icra və xidmət strukturları vasitəsilə hər bir vətəndaşın qayğısını çəkir.

Rayon icra hakimiyyəti heç bir məsələdə gözləmə mövqeyi tutmur və o fikirdə olmur ki, hər hansı bir məsələni kimsə yazandan sonra həll etsin.

Təhsil, səhiyyə və mədəniyyət sahələrində isitmə sistemlərinin və yanacaq təminatının durumu xidmət təşkilatlarının, qeyd olunan sahələrin rəhbərlərinin və ərazi icra nümayəndələrinin, qaz istismarı sahəsinin, meşələrin bərpası və mühafizəsi idarəsinin müdirlərinin iştirakı ilə ciddi müzakirə olunub, nöqsana yol verənlər cəzalandırılıb, qısa müddətdə əsaslı dönüş yaratmaq hər bir məsul işçidən tələb olunub. Əks təqdirdə təşkilati tədbirlər görüləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Qazaxda heç bir etiraz yoxdur.

Əlinə qələm alan, sayt açan, jurnalist adını daşıyan hər bir kəs bilməlidir ki, Haqq yolunu azmaqla haqqa çatmaq olmaz.

Son illər neçə-neçə istehsal, emal müəssisəsi açılıb, onlarca məktəb binası, uşaq bağçası tikilib. Qazax dövlətin qayğısı və diqqəti sayəsində beləcə aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur. Bu da turizmin inkişafına güclü təkan verir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Qazaxda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Qazax rayonunun ərazisində gələcəkdə inanırıq ki, ekoturizm də inkişaf etdiriləcək. . Bu da Qazaxınn regionun turizm mərkəzlərində birinə çevriləcəyini göstərir. Bir sözlə, Qazax inamla gələcəyə doğru addımlayır

Doğrudan da Qazax regionun mərkəzinə çevrilməkdədir. Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun əməyi böyükdür. Əminik ki, Qazax bundan sonra da gözəlləşəcək və abadlaşacaq. Biz Qazaxın respublikamızın ən gözəl və abad rayonlardan birinə çevrilməsində böyük əməyi olanların hamısına, o cümlədən rayon rəhbərliyinə bu şərəfli işdə uğurlar arzulayırıq.

Xəbəri istinadla vermək mədəniyyətdir

Qazax: Səyyar qəbul-görüşlər davam etdirilir

Qazax rayonunun Daş Salahlı kəndində aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə dövlət başçısının yürütdüyü məqsədyönlü siyasət, son günlər dövlət məmurları haqqında söylədiyi fikirlər, vətəndaşlara göstərilən xidmətlər, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi tapşırıq və tövsiyələr, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara olan diqqət və qayğısı bir daha vurğulanıb və minnətdarlıq hissi ilə qarşılandığı qeyd olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ötən il növbəti dəfə Prezident seçilən dövlət başçısının verdiyi sözlərin bu gün öz real əksini tapmasını vətəndaşlara olan ən böyük diqqət və qayğı kimi qiymətləndirib. Respublika Prezidenti tərəfindən istər ötən ilin sonları, istərsə də bu ilin əvvəllərində həyata keçirilən iqtisadi islahatların birbaşa vətəndaş amilinə xidmət edən islahatlar olduğunu və verilən vədlərin uğurla yerinə yetirilməsi kimi qeyd edib.
İcra başçısı Daş Salahlı kəndində mövcud olan problemlərdən birinin məhz kəndin içməli və suvarma suyu məsələsinin olmasını qeyd edib. Rayon rəhbəri bu məsələnin də köklü şəkildə həllini tapması, kəndin su və kanalizasiya sisteminin yenidən qurulması kimi məsələnin \”Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında əksini tapdığını və bu sahədə məqsədyönlü işlərin görülməsinin nəzərdə tutulduğunu bildirib. İcra başçısı Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması, torpaq məcralı arxların beton üzlüyə alınması, yeni məktəb binalarının inşa olunması, yeni asfalt yolların çəkilməsi, subartezian quyularının qazılması, SİP kabelləşmə işinin başa çatdırılması kimi bir çox məsələlərin həmin proqrama salındığını qeyd edib.
Sakinlərdən Tofiq Cəfərov, Nemət Əliyev, Qətibə Kazımova, Solmaz Aşırova, Hicran Məmmədova, Yolçu Əliyev, Pəri Pənahova və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini və son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini dilə gətiriblər. Son 3 ildə rayonda, eləcə də Daş Salahlı kəndində görülən işlərin hər bir qazaxlının ürəyincə olduğunu bildiriblər. Kənddə iki uşaq bağçasının təmir olunmasını, yeni asfalt yolun çəkilməsini, aparılan abadlıq və quruculuq işlərini bu gün də yüksək qiymətləndirdiklərini vurğulayıblar.
Görüşdə sakinlər kənddə 1 saylı körpələr evi-uşaq bağçasının təmir olunması, SİP kabelləşmə işinin tam başa çatdırılması, içməli və suvarma suyu ilə bağlı məsələnin həll olunması, Daş Salahlı kənd sənətkarlıq evinin qarşısındakı lövhənin yenilənməsi və müxtəlif səpkili müraciətlər ediblər. Vətəndaşların müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həmişə olduğu kimi bu dəfə də həssaslıqla yanaşılacağını bildirib. Qaldırılan məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıqlar verib.
***
Respublikamızın hər yerində olduğu kimi Qazaxda da məcburi köçkün ailələri dövlətin və dövlət başçısının qayğısını hər zaman hiss edir. Rayonun işğal altında olan kəndlərinin sakinləri də Respublika Prezidentinin diqqət və qayğısı ilə tam əhatə olunub. Rayonun Qazaxbəyli kəndində 304 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbə də bu diqqət və qayğının bariz nümunəsidir. Bütün infrastrukturlarla tam təmin olunmuş qəsəbədə sakinlərin rahat şəkildə yaşamaları üçün hər cür şərait yaradılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərinə, o cümlədən də məcburi köçkün ailələrinə daim qayğı ilə yanaşır. Onları narahat edən məsələləri yerindəcə öyrənir, qayğıları ilə maraqlanır. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən hər zaman uğurla yerinə yetirilir. Bunu rayon rəhbərinin yeni qəsəbədə yaşayan sakinlərlə mütəmadi olaraq görüşlər keçirməsi, onlar tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunması deyilənləri əyani şəkildə sübut edir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə məskunlaşmış Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kənd sakinləri ilə görüşüb, qayğıları ilə maraqlanıb.
Aşağı Əskipara kənd sakini Front Həsənov daim diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edərək məcburi köçkünlərə yaradılan şəraitə, göstərilən diqqətə görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə bütün məcburi köçkün ailələri adından minnətdarlığını bildirib. Bütün qəsəbə sakinlərinin minnətdarlıq dolu ürək sözlərini çatdıran F.Həsənov onları narahat edən qayğılarını da çatdırıb. O, qəsəbədə xeyir və şər mərasimlərinin keçirilməsi üçün quraşdırılmış mağarın çadırının yenilənməsini və mağarın üstünə şifer vurulmasını qeyd edib. Sakinləri dinləyən rayon rəhbəri qaldırılan məsələyə diqqətlə yanaşılacağını bildirib və baxılması üçün aidiyyatı üzrə tapşırıq verib.