ABŞ Türkiyəni “S-400”lərə görə şantaj edirbackend

ABŞ Türkiyəni “S-400”lərə görə şantaj edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Türkiyəyə Rusiyanın “3PK S-400” zenit-raket kompleksini məhv etməyi və ya geri qaytarmağı təklif edib.

Bu barədə ABŞ-ın Xarici Siyasət İdarəsinin bəyanatında bildirilir.

“S-400”lərin çatdırılması qəbuledilməzdir, onlar sanksiya risklərini artırır. Doğrudur, “CAATSA”-nın (Sanksiyalar Qanunu ilə Amerikanın Düşmənlərinə Qarşı Mübarizə) qanununa əsasən, sanksiyaların vaxtı təyin edilməyib və dəqiq deyil. Hələ sanksiyaların harada tətbiq olunacağı, onların genişliyi və dərinliyi barədə danışmaq olmaz”, – deyə xarici siyasət idarəsinin məsul şəxsi bildirib.

O qeyd edib ki, Türkiyənin danışıq masası ətrafına gəlməsi üçün manevr azadlığı var:

“Eyni zamanda, biz onların ehtiyaclarını təmin edəcək “Patriot” komplekslərinin əldə etmək imkanlarını bağlamamışıq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfərində “S-400” raketlərinin əldə olunması məsələsinin həll olunacağına ümid etdiyini bildirmişdi.

İnterpress.az