Tovuzda atasının gödəkçəsini gətirməyə gedən 10 yaşlı qız itkin düşdü – FOTObackend

Tovuzda atasının gödəkçəsini gətirməyə gedən 10 yaşlı qız itkin düşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunda azyaşlı qız itkin düşüb. 

İnterpress.az xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.

Kənd sakini, 2009-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı axşamdan yoxa çıxıb. 

Yaxınlarının sözlərinə görə, dünən axşam saatlarında qonşunun toyu üçün hazırlıqlara kömək edən N.Quliyevanın atası qızdan evə gedərək, gödəkcəsini gətirməyi xahiş edib. Bundan sonra N.Quliyevanı görən olmayıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsinə məlumat verilib və qızın axtarışlarına başlanılıb.

Tovuzda atasının gödəkçəsini gətirməyə gedən 10 yaşlı qız itkin düşdü - FOTO