Prezident Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayırıbbackend

Prezident Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev \”Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında\” sərəncam imzalayıb.

İnterpress.az  xəbər verir ki, sərəncamla Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 34,3 milyon (otuz dörd milyon üç yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

İnterpress.az