Azərbaycan millisində çıxış edən futbolçunun qardaşı Türkiyə yığmasını seçibbackend

Azərbaycan millisində çıxış edən futbolçunun qardaşı Türkiyə yığmasını seçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

21 yaşadək fuitbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün qardaşı Orkun Kökçünun hansı yığmanın formasını geyinəcəyi bəlli olub. 

İnterpress.az \”Hurriyet\”ə istinadən xəbər verir ki, Hollandiyanın \”Feyenord\” klubunda çıxış edən hücumameyilli yarımmüdafiəçi bu barədə özü açıqlama verib.

O, aşağı yaş qruplarında Hollandiya üçün oynasa da, Türkiyənin əsas milli komandasının formasını geyinmək istədiyini bildirib. \”Türkiyədə özümü evimdə hiss edirəm. Bundan əlavə, bu komandada Hollandiyaya nisbətən daha çox oynamaq şansı əldə edəcəyimi düşünürəm. Aşağı yaş qruplarında Hollandiyanın kapitanı olmuşam. Ailəm bu ölkəni seçəcəyimi düşünürdü. Mənim üçün çətin qərar oldu. Amma qərarım qətidir\”. 

Qeyd edək ki, Ozan Can Kökçü hazırda \”Sabah\” komandasında çıxış edir. Hollandiya və Türkiyə vətəndaşlığı olan Orkun Kökçü isə daha öncə qardaşı kimi Azərbaycan millisini seçəcəyini istisna etməmişdi. 

İnterpress.az