Azərbaycanın yeni imici formalaşır – iqtisadiyyatımız xarici investorlar üçün cəlbedici sayılırbackend

Azərbaycanın yeni imici formalaşır – iqtisadiyyatımız xarici investorlar üçün cəlbedici sayılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslahatlar yeni imic formalaşdırır və xarici əlaqələrə də müsbət təsirini göstərir. Avropadan Azərbaycanın da daxil olduğu Avropa Birliyi “Şərq Tərəfdaşlığı” ölkələrinə sərmayə yatırmağa çağırış ediblər.

Noyabrın 22-də Böyük Britaniyanın paytaxtı London şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərq Tərəfdaşlığı İnvestisiya Sammiti keçirilib. Baş nazir Əli Əsədovun iştirak etdiyi bu prosesdə “Şərq Tərəfdaşlığı” ölkələrinə, o cümlədən də Azərbaycanın qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi ətrafında maraqlı müzakirələr və çağırışlar olub.

AYİB-lə əməkdaşlıq Azərbaycanın özəl sektoruna Avropa İnvestisiyalarını cəlb etməyə imkan yaradacaq. Ancaq hər şey təkcə bununla bitmir. Artıq avropalı rəsmilər investorları Azərbaycan da daxil olmaqla “Şərq Tərəfdaşlığı” ölkələrinə sərmayə yatırmağa çağırıblar.

AYİB-in prezidenti Suma Çakrabarti Şərqi Avropa və Qafqaz ölkələrinin nümayəndələri ilə görüşdən sonra bəyan edib ki, bu ölkələr xarici investorlar üçün getdikcə daha cəlbedici olur. Çakrabarti habelə, “Şərq Tərəfdaşlığı” ölkələrini “investorlar üçün çox vədverici” adlandırıb.

Çakrabarti deyib: “Mən burada iştirak edən investorları və sahibkarları təşviq etmək, ruhlandırmaq istəyirəm ki, bizim etdiymiz kimi etsinlər və regionun olduqca böyük potensialından daha çox istifadə etsinlər”.

Çakrabarti deyib ki, Azərbaycan qeyri-neft iqtisadiyyatını inkişaf etdirmək üçün işlər görür.

Avropa İttifaqı adından Sammitə qoşulmuş Avropa Komissarı Yohannes Han konfrans iştirakçılarına deyib: “Bugünkü görüş bütün əsas tərəfdaşları bir yerə toplamaq və Şərq Tərəfdaşlığı ölkələrində investisiya və iqtisadi imkanları dəstəkləmək üçün fürsətdir”.

Həm də bütün bunlar AYİB-in rəsmi saytında yayımlanıb.

Bunların hər ikisi prezident İlham Əliyevin son iki ildən artıq müddətdə apardığı islahatlara verilən həm siyasi və həm də biznes reaksiyalarıdır, çox ciddi çağırışlardır. Belə bir səviyyədə Qərb investorlarına çağırış edilməsi “Şərq Tərəfdaşlığı” ölkələri, deməli, həm də Azərbaycan iqtisadiyyatı və bütövlükdə ölkəmiz üçün müasir bazarlara çıxışda və qeyri-neft sektoruna ciddi investisiyaların cəlbində keyfiyyətcə yeni mərhələnin başlanğıcının göstəricisidir və həm də o deməkdir ki:
– Azərbaycandakı islahatlar Qərb investorlarını qane edəcək səviyyədə gedir və Avropa Komissiyası da AYİB də bu islahatların perspektivinə inanırlar;

– İnvestorlara belə bir çağırışın edilməsi həm də Avropa İttifaqının Azərbaycan iqtisadiyyatının gələcəyinə inamını ifadə edir və bir növ sərmayələrə siyasi zəmanət kimi də qiymətləndirilə bilər və investorlara verilən siyasi zəmanətdir; 

– AYİB-in prezidenti Suma Çakrabartinin çağırışı investorlara iqtisadi, kommersiya zəmanəti kimi anlaşılır. O, “Şərq Tərəfdaşlığı” ölkələrinə, o cümlədən də Azərbaycana qoyulacaq investisiyaların “zənginlik vəd etdiyi”ni vurğulayıb. Çakrabartinin siz də “bizim etdiymizi edin” çağırışı o deməkdir ki, bizim olduğumuz yer sizə iqtisadi təhlükəsizlik və gəlir vəd edir; 

– Bu, həm də Azərbaycanda siyasi sabitliyin zəmanət altında olmasına, uzunömürlülüyünə olan inamın, həm də, təbii ki, prezident İlham Əliyevə olan etimadın göstəricisidir; 

– İslahatlara skeptik yanaşanlar və yaxud da islahatlar ətrafında şübhə atmosferi yaratmağa çalışanlara bu iki  yüksək səviyyəli çağırış çox sanballı cavabdır; 

– Bu, həmçinin yerli investorlara sərmayələrini artırmaq üçün əhəmiyyətli, beynəlxalq səviyyədə verilmiş bir ismarışdır. Axı belə bəyanatların arxasında ciddi siyasi və biznes hesablamaları durur; 

– Bu, o deməkdir ki, Azərbaycanddakı islahatları təkcə beynəlxalq təşkilatlar deyil, bilavasitə siyasəti yürüdən və bilavasitə investisiyaları yatıran maliyyə qurumu praktikada etiraf edir və bəyənir. Bu artıq diplomatik jest deyil, real siyasətdir. AYİB isə artıq real olaraq “canlı pullar” yatırmaqdadır və başqalarını da onlar kimi etməyə çağırır. Bu da artıq praktik investisiya fəaliyyətidir; 

– Belə çağırışlar Azərbaycana Qərb investorlarının marağını və güvənini artırır və onların bundan sonra Azərbaycanın qeyri-neft sektoruna daha çox meyl göstərəcəklərini gözləmək olar. 

Nəhayət, Azərbaycan tərəfi də xarici biznes tərəfdaşlarla danışıqlar zamanı bu çağırış və rəyləri arqument kimi əsas gətirə bilərlər. Axı ölkənin yeni imici formalaşır. Ölkədəki islahatlar Qərb investorlarında pozitiv gözlənti yaratmaqdadır.

Bu, nəhayət, o deməkdir ki, investisiya yatırmağa tələsmək lazımdır.

İbrahim Məmmədov,
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri