Yol polisindən sürücülərə xəbərdarlıq: Bu halda cərimələnəcəksiniz!backend

Yol polisindən sürücülərə xəbərdarlıq: Bu halda cərimələnəcəksiniz!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev  bildirib ki, “Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol-nəqliyyat hərəkəti qaydalarının yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir.

Hazırda qış mövsümü ilə əlaqədar küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalının artdığını xatırladan R.Quliyev bu səbəbdən sürücülərın avtomobillərinin, o cümlədən, onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət ayırmalarının vacibliyini xüsusilə vurğulayıb.

Lakin bəzi sürücülərin havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamadıqlarını, hətta bilərəkdən nişanların üstünü süni şəkildə bir az da çirkləndirdiklərini təəssüf hissi ilə qeyd edən şöbə rəisi bu kimi halların yolverilməz olduğunu bildirib.

Xatırladırıq ki, AR İXM-nin 342.1.7-ci maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

İnterpress.az