Bibiheybətdəki sürüşmədə maşın torpaq altında qaldıbackend

Bibiheybətdəki sürüşmədə maşın torpaq altında qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elə maşına minmək istəyirdim ki, torpaq maşının üstünə sürüşdü.

Bunu Oxu.Az-a sürüşmə nəticəsində avtomobili torpaq altında qalan dənizçi Fərrux Qasımzadə deyib.

O bildirib ki, hadisə nəticəsində maşınına təxminən 6000 manata qədər ziyan dəyib:

“Özüm dənizçiyəm. İşə gedərkən “Mercedes E Class” markalı, 90 NV 884 nömrə nişanlı maşınımı bu ərazidə saxlamışdım. Həmişə burada saxlayıb dənizə gedirdim. Ötən gecə saatlarında işdən qayıtdım. Maşına çatmağıma 50 metr qalmış uçqun oldu.

Son anda uzaqlaşdım. Uçqundan yaxınlıqdakı gəmilər belə silkələndi. Gözümün qabağında torpaq maşının üstünə töküldü. 1-2 dəqiqə maşına tez minsəydim, bəlkə də, faciə olardı.

Hələlik maşını uçqunun altından çıxarmayıblar. Avtomobilimə dəyən ziyanın ödənilib-ödənilməyəcəyi ilə bağlı mənə bir söz deyilməyib”.

OnlinePress.az