Bakıda çökən yoldan istifadə edənlərin nəzərinə: Alternativ yol açıqlandıbackend

Bakıda çökən yoldan istifadə edənlərin nəzərinə: Alternativ yol açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Bibiheybət sürüşmə ərazisində aktivlik olduğu üçün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bunu  Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

O bildirib ki, nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün sürücülər alternativ yollara yönləndirilir:

“Xüsusilə bütün yük maşınlarının Bakı-Salyan yolunun 14-cü kilometrliyindən mərkəzə doğru hərəkəti tamamilə məhdudlaşdırılıb.

Nəqliyyat vasitələri 3-cü kənar dairəvi yol vasitəsilə Yasamal rayonu ərazisindən keçməklə hərəkətə davam edə biləcək.

Müvafiq yol nişanları qoyulmaqla, bu əraziyə yaxın yerlərdə yaşayan sürücülərin təhlükəsiz hərəkəti təmin ediləcək”.

İnterpress.az