Məhkəmə Rafael Cəbrayılovla bağlı qərar verdibackend

Məhkəmə Rafael Cəbrayılovla bağlı qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Apellyasiya Məhkəməsində deputat Rafael Cəbrayılova qarşı kredit borcu ilə bağlı işə baxılıb.

İnterpress.az xəbər verir ki, hakim Şəmsəddin Abbasovun sədrliyi ilə keçirilən prosesdə Rafael Cəbrayılov tərəfindən kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə qərarda qəbul edilib.

Belə ki, Abşeron Rayon Məhkəməsi “AG Bank” ASC-nin iddiasına əsasən, R.Cəbrayılovun müxtəlif kredit müqavilələri üzrə iddiaçıya 2 milyon 222 min 232 dollar və 326 min 848 manat (ümumilikdə təxminən 4,1 milyon manat) ödəməsi barədə qətnamə çıxarıb.

Qətnamədə, həmçinin, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyindəki binalarda yerləşən mənzillərin satılaraq “AGBank” ASC-nın hesabına ödənilməsi qeyd edilib.

12 mart 2018-ci ildə çıxarılan bu qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilərək, onların yenidən qiymətləndirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsi bu il iyunun 14-də “AG Bank” ASC-nin apellyasiya şikayətini qismən təmin edərək, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirib.

Qətnamə ilə razılaşmayan Rafael Cəbrayılov kassasiya şikayəti və kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə məhkəməyə ərizə verib. Noyabrın 19-da Rafael Cəbrayılov tərəfindən kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə qərarda qəbul edilib.

İnterpress.az