“Sevilya” – “Qarabağ” matçının hakimləri açıqlanıbbackend

“Sevilya” – “Qarabağ” matçının hakimləri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Qarabağ\”ın İspaniyada \”Sevilya\” ilə keçirəcəyi UEFA Avropa Liqasının V tur matçının hakimləri açıqlanıb.

İnterpress.az-ın məlumatına görə, qarşılaşma İsveçdən olan baş hakim Məhəmməd Əl-Hakimə tapşırılıb. 34 yaşlı referiyə həmyerliləri Fredrik Kliver və Mahbod Beigi yan xətt, Martin Strömberqsson dördüncü hakim qismində yardımçı olacaq.

2015-ci ildən beynəlxalq oyunlara təyinat alan Əl-Hakim \”Qarabağ\” və \”Sevilya\” komandalarının oyununa ilk dəfə təyinat alır. İsveçli referi yalnız iki dəfə İspaniyanın U-17 millisinin matçını idarə edib. O, Azərbaycan millisi və klublarının görüşlərində iş başında olmayıb.

Qeyd edək ki, noyabrın 28-də \”Xuan Sançes Pisxuan\” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

İnterpress.az