Transxəzər fiber-optik kabel magistralının ikinci istiqaməti üzrə müzakirələr aparılırbackend

Transxəzər fiber-optik kabel magistralının ikinci istiqaməti üzrə müzakirələr aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Transxəzər fiber-optik kabel magistralının ikinci istiqaməti Azərbaycan-Tükmənistan istiqaməti olacaq ki, bu layihənin reallaşdırılması üzrə artıq müzakirələr aparılır.

Bunu \”APA-Economics\”ə \”AzerTelecom\” şirkətinin baş direktoru Fuad Allahverdiyev deyib.

Onun sözlərinə görə, Türkmənistan istiqaməti həm alternativ, həm də yeni bir marşrut olacaq ki, bu da Hindistan üzərindən regionda olan ölkələrdən DATA-trafikin Avropaya çatdırılmasını nəzərdə tutur.

\”Bildiyiniz kimi, layihə iki istiqamətdə icra olunacaq. Birinci istiqamət Azərbaycan-Qazaxıstan istiqamətidir ki, burada Asiyada olan, əsasən Çin internet trafikinin Avropaya çatdırılması nəzərdə tutulur. Hazırda isə ikinci – Azərbaycan-Türkmənistan istiqaməti üzrə danışıqlar aparılır və layihənin icrasına dair müxtəlif modellər müzakirə olunur\”, – deyə F. Allahverdiyev qeyd edib.

Qeyd edək ki, ötən həftə Qazaxıstanın Aktau şəhərində Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan, Azərbaycan və Qazaxıstanı birləşdirən Transxəzər fiber-optik xəttinin çəkilişinin başlanması ilə bağlı mərasim təşkil olunub. Uzunluğu 400 km olacaq TransXəzər magistralının tikinti işləri 2021-ci ildə başa çatacaq. Avropa və Asiyanı birləşdirəcək fiberoptik rabitə kanalının məlumat ötürmə qabiliyyəti 4-6 Tb/s təşkil edəcək.

İnterpress.az