24News.ge və 24News Tv 1 yaşını qeyd edib (FOTO)backend

24News.ge və 24News Tv 1 yaşını qeyd edib (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

24 noyabr tarixində Tbilisidə Mirzə Fətəli Axundzadə adına muzeydə, 24News.ge və 24News Tv 1 yaşını qeyd edib.

Baş tutan tədbirdə siyasi ictimai və din xadimləri, QHT rəhbərləri, media nümayəndələri, tələbələr, səfirlik əməkdaşları və s. iştirak ediblər.

Tədbirin aparıcısı Leyla Əmrahova ilk öncə çıxış edərək, 24News.ge və 24News Tv-nin 1 il ərzində göstərdikləri fəaliyyətindən söz açıb. Daha sonra isə sözügedən medianın haqqında hazırlanan video süjet təqdim olunub.

Sonra \”Gürcüstanın Lider Media\” təşkilatının eləcə də 24News.ge və 24News Tv-nin rəhbəri telejurnalist Azər Məmmədova söz verilib. A. Məmmədov çıxışında rəhbərlik etdiyi medianın heç bir maliyyə dəstəyi olmadan yaradıldığını və hazırki fəaliyyətindən həmçinin qarşıya qoyulan məqsədlərindən danışıb.

Tədbirin davamında 24News.ge xəbər portalının baş redaktoru İlkin Hüseynov çıxış edərək regionumuzda bir il ərzində informasiya qıtlığının sözügedən xəbər portalının sayəsində aradan qaldırıldığını bildirib.

Daha sonra çıxış edən qonaqlar media quruma uğurlar arzu edib, 24News.ge və 24News Tv-nin uğurlarını qeyd ediblər.

Tədbirdə \”Gürcüstan Azərbaycanlıları Konqresi\”nin sədri Hüseyn Yusubov və \”Salam Mədəni Xeyriyyə cəmiyyəti\”nin sədri Maya Rəcəbova Azər Məmmədova və İlkin Hüseynova diplom və hədiyyələr təqdim ediblər.

Baş tutan tədbir gənc tarzən Ramin Pirməmmədovun ifasında milli musiqilərlə davam edib.

Tədbirin sonunda qonaqlar üçün şirniyyat süfrəsi açılıb.

Keçirilən tədbirə göstərdikləri dəstəyə görə, Marneulidə yerləşən \”Mega Market\”ə şəxsən Anar Ələkbərova və Marneulidə yerləşən \”MPC Klinika\”ya şəxsən Anar Musayevə eləcədə \”İlink\” internet provayder şirkətinə şəxsən Samir Rəhimova təşəkkürmüzü bildiririk.

24News.ge və 24News Tv 1 yaşını qeyd edib (FOTO)

24News.ge və 24News Tv 1 yaşını qeyd edib (FOTO)

24News.ge və 24News Tv 1 yaşını qeyd edib (FOTO)

24News.ge və 24News Tv 1 yaşını qeyd edib (FOTO)

24News.ge və 24News Tv 1 yaşını qeyd edib (FOTO)

24News.ge və 24News Tv 1 yaşını qeyd edib (FOTO)