Məşqçilərin reytinq siyahısı açıqlandı: Azərbaycandan təkcə Qurban Qurbanov varbackend

Məşqçilərin reytinq siyahısı açıqlandı: Azərbaycandan təkcə Qurban Qurbanov var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Klub baş məşqçilərinin aylıq reytinqi açıqlanıb.

“Clubworldranking” xəbər verir ki, reytinq cədvəlində 1000 məşqçinin adı yer alıb.

Bu siyahıda yalnız bir azərbaycanlı çalışdırıcı yer alıb.

Belə ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1017 xalla 583-cü sırada özünə yer tapıb.

Siyahıya “Barselona”nın çalışdırıcısı Ernesto Valverde liderlik edir – 15551 xal.

İkinci sırada “Liverpul”dan Yürgen Klopp (14005), üçüncü pillədə isə “River Pleyt”dən Marselo Qalyardo qərarlaşıb.

İnterpress.az