“Mançester Siti”də ŞOK itki: Qvardiola açıqladıbackend

“Mançester Siti”də ŞOK itki: Qvardiola açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti” ciddi itki ilə üzləşib.

İnterpress.az xəbər verir ki, sözügedən komandanın əsas “qol silah”ı Serxio Aquero sıradan çıxıb.

O, İngiltərə Premyer Liqasının XIV turu çərçivəsində keçirilmiş “Çelsi” ilə ev oyununda zədələnib.

“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola Aqueronun zədəsinin ciddi olduğunu bildirib.

Onun sözlərinə görə, argentinalı forvard bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qvardiola futbolçunun hətta dekabrın 7-də baş tutacaq “Mançester Yunayted”lə derbi matçına da yetişməyəcəyini bildirib.

İnterpress.az