Bakıda daha altı tələbə zəhərləndibackend

Bakıda daha altı tələbə zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər Universitetinin altı tələbəsi zəhərlənib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda tələbələr təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətiriliblər.

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

İnterpress.az