Məşhur aktyor “Emmy” mükafatı alan ilk türk kimi tarixə düşdü – FOTObackend

Məşhur aktyor “Emmy” mükafatı alan ilk türk kimi tarixə düşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin məşhur aktyoru Haluk Bilginer “Emmy” mükafatına layiq görülüb.

İnterpress.az xəbər verir ki, Haluk Bilginer “Şahsiyet” serialındakı Agah Beyoğlu obrazına görə “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə mükafat qazanıb.

O, bu mükafata layiq görülən ilk türk aktyordur.

“Ay Yapım” istehsalı olan 12 bölümdən ibarət olan serial Puhu TV-də yayımlanırdı.

“Özümü çox yaxşı hiss edirəm. Ölkəmə belə bir mükafat getdiyi üçün çox xoşbəxtəm. Böyük həvəslə ərsəyə gətirdiyimiz bir işin beynəlxalq səviyyədə qiymətləndirilməsi və belə bir mükafata layiq görülməsi qürurvericidir”, – deyə aktyor bildirib.

Qeyd edək ki, Bu il 47-ci dəfə təşkil olunan nüfuzlu “Emmy” mükafatı ilə bağlı tədbir Nyu-Yorkda keçirilib.

Məşhur aktyor “Emmy” mükafatı alan ilk türk kimi tarixə düşdü - FOTO

İnterpress.az