UEFA APOEL-in etirazına görə matçın hakimlərini dəyişdiribbackend

UEFA APOEL-in etirazına görə matçın hakimlərini dəyişdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Qarabağ\”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Kiprin APOEL klubu V turda Lüksemburq \”Düdelanj\”ı ilə səfər matçına türkiyəli hakimlərin təyinat almasına etiraz edib.

İnterpress.az məlumatına görə, UEFA bu qarşılaşmanı Halis Özkayaya həvalə edib, lakin Nikosiya təmsilçisi bu qərarla razılaşmayıb. APOEL UEFA-ya şikayət edib və oyunun hakimlərinin dəyişdirilməsini istəyib.

Onlar türkiyəli hakimin avrokubokda ilk dəfə Kipr klubunun matçına təyinatını qəbul etmədiklərini vurğulayıblar. APOEL həmçinin Türkiyə və Azərbaycanın yaxın münasibətlərinə görə bu təyinatı birmənalı qarşılamadığını bildirib.

Bütün bunları nəzərə alan UEFA kiprlilərin etirazını qəbul edib və matçı Canluka Rokkinin rəhbərlik etdiyi İtaliyadan olan hakimlər briqadasına tapşırıb.

Qeyd edək ki, \”Qarabağ\”ın Avropa Liqasının qrup mərhələsinin A qrupunda Kipr APOEL-i ilə birgə 4 xalı var. Lakin APOEL şəxsi oyunlardakı üstünlüyü (2:1, 2:2) səbəbindən 2-ci pillədə qərarlaşıb. Növbəti mərhələni təmin edən \”Sevilya\”nın 12, Lüksemburq \”Düdelanj\”ının isə 3 xalı var. Noyabrın 28-da keçiriləcəcək \”Sevilya\” – \”Qarabağ\” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Eyni vaxtda APOEL-in \”Düdelanj\”la səfər matçı start götürəcək. Azərbaycan komandası növbəti mərhələ şansını qorumaq üçün \”Sevilya\”dan xal almalı və ya APOEL-in xal itirəcəyinə ümid etməlidir.

İnterpress.az