Pişik balası bilib aldılar, puma çıxdı – FOTObackend

Pişik balası bilib aldılar, puma çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinanın San Migel de Tukuman şəhərində yaşayan Florensiya Lobo qardaşı ilə birlikdə parkda dincəldikləri vaxt heyvanın ağlamaq səsini eşidiblər.

Mətbuatda yer alan xəbərə görə, səsi təqib edən Lobo iki pişik balası tapıb. Pişikləri sakitləşdirən Lobo qardaşı ilə danışdıqdan sonra onlara sahiblənməyə qərar verib. Tito və Dani adı verilən balalardan Dani iki həftə sonra ölüb.

Bir müddət sonra Titoda da xəstəlik əlamətləri görən Lobo və ailəsi pişiyi baytara göstərir. Pişiyi müayinə edən baytar ailəyə şok xəbər verir.

Sən demə, Lobonun pişik balası sanıb sahibləndiyi heyvan əslində puma imiş. Baytar pumanı heyvan müdafiəsi ilə məşğul olan qurumlara təhvil verməli olduqlarını bildirir.

Bundan sonra puma heyvan müdafiəsi mərkəzinə təhvil verilir. Ayağından yaralı olduğu məlum olan heyvan müalicə olunduqdan sonra təbiətə buraxılacaq.

Pişik balası bilib aldılar, puma çıxdı - FOTO