BP gələn ay “Şəfəq-Asiman” struktunda qazma işlərinə başlayacaqbackend

BP gələn ay “Şəfəq-Asiman” struktunda qazma işlərinə başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Bu ilin dekabr ayında Xəzərin Azərbaycan sektorunda yerləşən \”Şəfəq-Asiman\” perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazılmasına başlanması nəzərdə tutulur\”.

İnterpress.az xəbər verir ki, bunu \”BP-Azerbaijan\” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə bildirib.

O qeyd edib ki, strukturda qazma işini həyata keçirəcək Heydər Əliyev adına yarımdalma qazma qurğusu artıq şirkətdədir və bəzi düzəlişlərdən sonra qazma işlərinə başlanılacaq.

Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.

İnterpress.az