Sofiyada xəstəxanada yanğın olub, ölənlər varbackend

Sofiyada xəstəxanada yanğın olub, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstanın paytaxtı Sofiyada Nikolay Piroqov adına xəstəxanada yanğın olub.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, Bakı vaxtı ilə səhər saat 06:00-da baş verən hadisə nəticəsində 2 nəfər ölüb.

Bolqarıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın zamanı 60 nəfər xəstəxanadan təxliyyə edilib.

İlkin məlumatlara görə, partlayışa oksigen cihazlarından birindənki zədənin səbəb olduğu güman edilir.

Xəstəxana direktorunun müavini Nikolay Qabrovski yanğında ölən xəstələrin süni nəfəs aparatına qoşulu vəziyyətdə olduqlarını bildirib.

İnterpress.az