İcra başçısı Bakıdakı qəzalı bina ilə bağlı Baş nazirə müraciət etdibackend

İcra başçısı Bakıdakı qəzalı bina ilə bağlı Baş nazirə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Baş nazir Əli Əsədova müraciət edib.

İnterpress.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat yayıb.

Onun sözlərinə görə, Səbail rayonu Buxta küçəsi 9 ünvanında yerləşən qəzalı bina ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun Baş nazirə müraciətinə baxılıb:

“Baş nazirin müavini Əli Əhmədov tərəfindən bu məsələ ilə bağlı Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səbail Rayonu İcra Hakimiyyətinə zəruri tədbirlər görülməsi tapşırılıb”.

İnterpress.az