Tovuzda maşın aşdı: ölən və yaralanan varbackend

Tovuzda maşın aşdı: ölən və yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, avtomobil qəzası Əlimərdanlı kəndində qeydə alınıb.

Rayon istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Nəticədə Əlimərdanlı kənd sakini Aliyev Əhliman Fəzail oğlu hadisə yerində ölüb, onun həmkəndlisi Muradov Rauf Arif oğlu isə ağır yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda Rauf Muradovun vəziyyəti agır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az