Əli Əhmədov: YAP qərara gəldi ki, Prezidentin islahatları qanunverici hakimiyyətdə də əksini tapsınbackend

Əli Əhmədov: YAP qərara gəldi ki, Prezidentin islahatları qanunverici hakimiyyətdə də əksini tapsın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan dövləti və cəmiyyəti üçün mühüm qərar qəbul edib.

İnterpress.az-ın məlumatına görə, bunu YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mühüm islahatlar aparılır. 

O bildirib ki, 2019-cu il ərzində Prezidentin təşəbbüsü və imzaladığı sərəncamlarla əhəmiyyətli sosial layihələr həyata keçirilib.

Ə.Əhmədovun fikrincə, ölkə başçısının islahatları cəmiyyət müsbət qarşılayıb.

O deyib ki, Azərbaycanda hakimiyyətin iki qolunda – icra hakimiyyətində və məhkəmə hakimiyyətində mühüm islahatlar keçirilib.

Ə.Əhmədov bildirib ki, YAP üzvləri belə qərara gəlib ki, Prezidentin islahatları qanunverici hakimiyyətdə də əksini tapsın:

“YAP-ın Siyasi Şurası qərara aldı ki, Azərbaycan parlamentinin də yenilənməsi, müasirləşməsi də islahatlar prosesinə aid edilsin. Buna görə də parlamentin buraxılmasına dair Prezidentə müraciət ünvanlanıb. Parlamentdə YAP- ı təmsil edən deputatlar qərara gəldilər ki, Milli Məclisə müraciət ünvanlansın. Güman edirəm ki, parlament rəhbərliyi bunu nəzərə alıb, Milli Məclisin plenar iclasında məsələni müzakirəyə çıxaracaq”.

İnterpress.az