Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Sevilya"nın 6 aparıcı futbolçusu "Qarabağ"a qarşı oynamayacaq - SİYAHI

İspaniyanın "Sevilya" klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la keçirəcəyi oyun üçün "18-liy"i açıqlanıb.

Dərc edilib: 28 noyabr 2019 [15:57]
Baxış sayı: 5085

İspaniyanın "Sevilya" klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la keçirəcəyi oyun üçün "18-liy"i açıqlanıb.

İnterpress.az-ın məlumatına görə, siyahıya Andalusiya təmsilçisinin kapitanı Xesus Navasla yanaşı, Ever Baneqa, Nolito, Fernando Rejes, Serxio Reqilon və Lük de Yonq kimi aparıcı oyunçular daxil edilməyib.

"Sevilya"nın iştirak ərizəsi: 1. Tomaş Vatslik, 3. Serxi Qomes, 5. Lukas Okampos, 6. Daniel Karriço, 7. Runu Lopes, Munas Dabbur, 11. Munir. 12. Jyul Kunde , 13. Yassin Bunu, 14. Xavyer Ernandes (Çiçarito), 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres, 22. Franko Vaskes , 26. Joze Mena, 30. Brayan Gil, 34. Felipe Çakartegi

Qeyd edək ki, bu gün "Ramon Sances Pisxuan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.




İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208