Ermənistanın keçmiş baş prokuroru axtarışa verilibbackend

Ermənistanın keçmiş baş prokuroru axtarışa verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq baş prokuroru, parlamentinin keçmiş deputatı Gevork Kostanyan barəsində axtarış elan edilib.

İnterpress.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohacanyan bildirib.

Onun sözlərinə görə, G.Kostanyan barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.

Keçmiş baş prokuror 2008-ci il martın 1-də Yerevanda baş vermiş etiraz aksiyalarının dağıdılması ilə bağlı açılan cinayət işi üzrə məsuliyyətinə cəlb edilib. O, 48 saat müddətində istintaq orqanında olmaq təklifinə əməl etməyib.

Qeyd edək ki, G.Kostanyan 2006-cı ililin iyulundan 2008-ci ilin iyulunadək Ermənistan ədliyyə nazirinin müavini, 2013-cü il oktyabrın 1-dən 2016-cı il avqustun 4-dək Ermənistanın baş prokuroru olub.

İnterpress.az