“Simpsonlar” əlvida deyəcəkbackend

“Simpsonlar” əlvida deyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Simpsonlar” animasiya serialının bəstəkarı amerikalı musiqiçi Denni Elfman “Daily Mail”ə müsahibəsində serialın 31-ci mövsümündən sonra bağlanacağını deyib:

“Şou sona yaxınlaşır. Dəqiq bilmirəm, amma eşitmişəm ki, bu il sonuncu olacaq. Düzünü desəm, serialın bu qədər müddətdə yayımlanmasına görə şokdayam”.

Bəstəkar etiraf edib ki, serialın cəmi 3 epizoddan ibarət olacağına, yazdığı musiqinin isə dinlənilməyəcəyinə əmin olub.

Serialın bağlanması ilə bağlı fikirləri Liza Simpson obrazını səsləndirən Yardli Smit də səsləndirmişdi.

Qeyd edək ki, animasiya serialı 1989-cu ildə Mett Qreyninq tərəfindən yaradılıb. Bu günə kimi onun 669 epizodu nümayiş etdirilib.

İnterpress.az