Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Qarabağ”ın oyununda təxribat törədən ermənilər stadiondan uzaqlaşdırıldılar

Ermənilər “Qarabağ”ın Avropa Liqasındakı oyununda növbəti dəfə təxribata əl atıblar.

Dərc edilib: 29 noyabr 2019 [10:15]
Baxış sayı: 3063

Ermənilər “Qarabağ”ın Avropa Liqasındakı oyununda növbəti dəfə təxribata əl atıblar.

“Report”un İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Ağdam təmsilçisinin səfərdə “Sevilya”ya 0:2 hesabı ilə uduzduğu matç zamanı “Ramon Sançes Pisxuan” stadionunda erməni bayrağı asılıb.

Azərbaycanın İspaniyadakı diasporunun üzvlərinin sərt etirazından sonra nəinki bayraq yığışdırılıb, həmin ermənilər də tribunadan uzaqlaşdırıblar.

Xatırladaq ki, ermənilər “Qarabağ”ın “Düdelanj”la görüşündə də bayraq təxribatına əl atmışdılar.


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208