Azərbaycanın yeni Ombudsmanı seçilib – YENİLƏNİB-2backend

Azərbaycanın yeni Ombudsmanı seçilib – YENİLƏNİB-2

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) məlum olub.

İnterpress.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva yeni Ombudsman seçilib.

Onun namizədliyinin lehinə 104 deputat səs verib.

12:47

Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsinin müzakirəsi başlayıb.

İnterpress.az-ın xəbərinə görə, namizədlər barədə Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib.

Ombudsman vəzifəsinə üç nəfərin – Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülüb.

Hər üç namizəd parlamentin iclasında iştirak edir.

B.Muradova deyib ki, namizədlər cəmiyyətdə tanınan və həyat yolu, tərcümeyi-halları zəngin olan insanlardır: “Namizədlər ictimai-siyasi həyatda tanınan simalardır. Onlar ölkənin bugünkü siyasətinə və Prezident İlham Əliyevin apardığı yeniləşmə, gəncləşmə siyasətinin ruhuna tam uyğundurlar. Kimin seçilməsindən asılı olmayaraq yeni Ombudsmana uğurlar arzulayırıq”.

10:29

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İnterpress.az-ın xəbərinə görə, iclasın gündəliyinə 22 məsələ daxildir.

Parlament İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələyə də baxacaq.

Qeyd edək ki, ombudsmanlığa namizədlərdən biri Bakı Apellyasiya Məhkəməsinin sədrinin müavini Kəmalə Abıyevadır.

Ombudsmanlığa digər namizəd Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyevadır.

Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva da ombudsmanlığa namizəddir.

İnterpress.az