Rusiyalı general: Bu raketi tutmaq mümkün deyilbackend

Rusiyalı general: Bu raketi tutmaq mümkün deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beşinci nəsil “Yars” qitələrarası ballistik raketlərini hazırda mövcud olan heç bir raket əleyhinə müdafiə vasitələri ilə tutmaq mümkün deyil.

“Krasnaya Zvezda” xəbər verir ki, bu sözləri Rusiyanın Strateji Təyinatlı Raket Qüvvələrinin komandanı Sergey Karakayev deyib.

Karakayev sözügedən raketlərdə elm və texnikanın ən son nailiyyətlərinin öz əksini tapdığını bildirib.

Onun sözlərinə görə, “Yars” raketinin dizayn xüsusiyyətləri ona hətta “Topol”un aktiv hala gətirilməsi üçün xüsusi yenidənqurma tələb edən meydançalardan belə asanlıqla buraxılış həyata keçirməyə imkan verir.

General əlavə edib ki, komplekslərdə yeni kamuflyaj vasitələrinin tətbiqi gizliliyin artmasına zəmin yaradıb, həmçinin, sistemin rabitə xüsusiyyətləri yaxşılaşdırılıb.

İnterpress.az