Gəncədə 24 ədəd aviabomba tapılıbbackend

Gəncədə 24 ədəd aviabomba tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində 24 ədəd aviabomba və 17 ədəd isə aviabombanın müxtəlif hissələri aşkar edilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA)  verilən məlumata görə, noyabr tarixində 28-i saat 19:50-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 6 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində təlim məqsədli 7 ədəd aviabomba (FAB-50PŞ) aşkar olunub, havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri 29 noyabr tarixində də davam etdirilib, nəticədə əlavə olaraq təlim məqsədli 24 ədəd aviabomba (FAB-50PŞ), 17 ədəd isə aviabombanın müxtəlif hissələri aşkar olunub.

Aşkar olunmuş obyektlər Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmış, ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilərək heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Gəncədə 24 ədəd aviabomba tapılıb