Gürcüstana gələn avropalı turistlər Azərbaycanı da ziyarət edə bilərbackend

Gürcüstana gələn avropalı turistlər Azərbaycanı da ziyarət edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Turizm Agentliyi Gürcüstana gələn avropalı turistlərin Azərbaycanı da ziyarət etməsi üçün iş aparır.

İnterpress.az  xəbər verir ki, bu barədə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində qurumun aparat rəhbəri Kənan Qasımov məlumat verib.

“Həmin xarici turistlərin azı Balakən və Şəkiyə səfərinin təşkil edilməsi istiqamətində danışıqlar aparılır”, – deyə o, qeyd edib.

Xatırladaq ki, oktyabrın 4-dən Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir. Nümayəndəlik şəhərin Rustaveli prospekti, 16 ünvanında “Azerbaijan. Travel showroom” adı ilə, hər gün saat 10:00-dan 22:00-a qədər ziyarətçiləri qəbul edir. 

İnterpress.az