İranın “İnstex”ə qoşulması üçün altı Avropa ölkəsi şərt qoyubbackend

İranın “İnstex”ə qoşulması üçün altı Avropa ölkəsi şərt qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika, Danimarka, Finlandiya, Hollandiya, Norveç və İsveç dövlətləri elan ediblər ki, İran hərtərəfli öhdəliklərinə yenidən əməl etsə, İran ilə “İnstex” üzrə, yəni ticarəti qoruma mexanizmi mövzusunda Fransa, İngiltərə və Almaniya ilə əməkdaşlıq etməyə hazırdılar.

“Euronews”un yaydığı məlumata görə, sözügedən altı Avropa ölkəsi nazirləri tərəfindən noyabrın 29-da verilən açıqlamada nüvə anlaşması planının qorunması üçün hərtərəfli birgə fəaliyyət və onun tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayarq, sazişin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edildiyini və nüvə silahlarının yayılmasının qarşısını almaq və yaxın şərqdə sabitliyi qorumaq üçün onun vacib bir vasitə olduğunu xatırladıblar.

Bundan əlavə Avropanın nüvə anlaşmasını davamlı şəkildə dəstəkləməsi və onun anlaşmada göstərilən iqtisadi öhdəliklərini yerinə yetirmək üçün səylərini nəzərə alaraq, Belçika, Danimarka, Finlandiya, Hollandiya, Norveç və İsveç də “İnstex”in səhmdarlarına qoşulmaqdadırlar.

Əlbəttə ki adıçəkilən altı Avropa ölkəsi bunun İranın təxirə salınmadan nüvə anlaşmasındakı əvvəlki öhdəliklərinə qayıtmasından asılı olacağını israr etmişdi.

“İnstex” nüvə anlaşması çərçivəsində Avropa ilə İran arasında ticarəti stimullaşdırmaq, ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanksiyaların nəticələrini azaltmaq məqsədilə yanvar ayında Fransa, Almaniya və İngiltərə tərəfindən qeydə alınıb.

Ancaq bu günə qədər onlar arasında heç bir ticarət əlaqəsi olmayıb.

İnterpress.az