AQTA tələbələrin zəhərlənməsi ilə bağlı məlumat yaydıbackend

AQTA tələbələrin zəhərlənməsi ilə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Nizami rayonu NZS qəsəbəsində iki tələbənin  zəhərlənməsi barədə məlumat yayıb.

AQTA-dan  bildirilib ki, iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə məlumat agentliyə daxil olduqdan dərhal sonra Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“İlkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir. Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır”.

AQTA-dan qeyd edilib ki, araşdırmaların yekun nəticəsi ilə bağlı məlumat veriləcək.

İnterpress.az