Həmyerlimiz Vüqar Adıgözəlov ginnesin rekordlar kitabında…backend

Həmyerlimiz Vüqar Adıgözəlov ginnesin rekordlar kitabında…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Dubayda tanınmış şirkətlərdən birinin Marketinq direktoru vəzifəsində çalışan həmyerlimiz Vüqar Adıgözəlov çox maraqlı bir ideyanı reallaşdıraraq Ginnesin Rekordlarına ad yazdırıb. BƏƏ-nin 48-ci Milli günü və ölkədə Tolerantlıq ili münasibətilə 145 millətin nümayəndələri ( 500-dən çox sərnişin, Guinness Dünya Rekordları komitəsi nümayəndələri, kral ailəsi üzvləri, media mənsublarının daxil olmaqla) bir təyyarəyə yığılaraq rekorda imza atılıb. Emirates hava yollarına məxsus A380 təyyarəsi (təyyarə bu hadisəyə özəl olaraq rənglənib: üzərində əl-ələ tutmuş insanlar təsvir edilib) Dubaydan qalxaraq BƏƏ-nin bütün əmirlikləri üzərində uçuş edərək 1 saat sonra yenidən Dubaya qayıdıb. Bu hadisə, hava yolları, təşkilatçılar – toplu rekord qeydə alınıb.