Rusiyada avtobusun çaya düşməsi nəticəsində 19 nəfər ölübbackend

Rusiyada avtobusun çaya düşməsi nəticəsində 19 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Zabaykal bölgəsinin Sretensk rayonunda sərnişin avtobusu körpüdən çaya düşüb.

TASS xəbər verir ki, hərəkətdə olarkən təkəri partlayan nəqliyyat vasitəsi Kuenqa çayına düşüb.

Bu ana qədər olan məlumatlara görə, avtobusda olan 44 sərnişindən 19-u ölüb.

Daha 14 nəfər isə xəsarət alıb.