“Dışlanmış müxalifət Prezidentin çevik siyasətini anlayacaq bilik və bacarığa malik deyil” — Millət vəkilibackend

“Dışlanmış müxalifət Prezidentin çevik siyasətini anlayacaq bilik və bacarığa malik deyil” — Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“YAP-ın növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında irəli sürdüyü təşəbbüs günümüzün tələblərindən irəli gəlir və bu təşəbbüsün reallşaması üçün hüquqi əsaslar mövcuddur. Ona görə də bəzi müxalif düşərgənin səsləndirdiyi tələsik fikirlər əsassızdır və bu təşəbbüsün mahiyyətinə və ruhuna uyğun deyil”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Azay Quliyev deyib.

Onun sözlərinə görə, konstitusiyada hansı hallarda növbədənkənar parlament seçkilərinin keçirilməsi təsbit olunub və Milli Məclisdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyası da konstitusiyanın bu müddəalarına əsaslanaraq belə bir qərar verib. Əminəm ki, dekabrın 2-də Milli Məclisdə bu məsələlərə tam aydınlıq gətiriləcək və hər hansı bir suala da yer qalmayacaq.
Bu təşəbbüsü gözdən salmağa cəhd edənlərin səsləndirdiyi digər fikirlərə gəldikdə isə A.Quliyev deyib ki, burada təəccüblü heç nə yoxdur və zatən onlardan başqa heç nə gözləmirik: “Biz artıq marginallaşmış həmin qrupun nə deyəcəyinə alışmışıq. Marginallaşan bu qrupun fəaliyyəti Azərbaycan reallığından tamamilə uzaqdır. Ölkədə çox şey dəyişdi, inkişaf etdi, müasirləşdi, lakin özünü ana müxalifət adlandıran bu insanlar dəyişmədi, 30 il bundan qabaq necə idilərsə elə də qaldılar. Bu adamlar özlərini cəmiyyətdən təcrid edərək ölkədə baş verən bütün müsbət dəyişikləri və inkişafı inkar etməyi, qaralamğı, təhrif etməyi özlərinin başlıca məqsədi və siyasətdə qalmalarının yeganə yolu hesab edirlər”.

Millət vəkili marginallaşan müxalif qüvvələrin belə bir mövqe sərgilməsinin digər bir səbəbini izah edərək deyib ki, prezident İlham Əliyevin yürütdüyü çevik siyasət və qəbul etdiyi ciddi qərarlar onlar üçün gözlənilməz olduğundan seytnot vəziyyətə düşürlər: “Bu hər zaman belə olub. Çünki tarix də sübut etdi ki, bu insanlar böyük siyasətdə naşıdırlar, onlar milli maraqları həmişə cılız hisslərə və xırda maraqlara qurban veriblər, yarıtmaz fəaliyyətləri ilə ölkəmizə ziyandan başqa heç bir faydaları dəyməyib. Bir növ cəmiyyətdən dışlanmış bu tip müxalifət ölkə başçısının hadisələri düzgün qiymətləndirərək qəbul etdiyi qərarları, yürütdüyü siyasəti və şahmat taxtasında olduğu kimi çox kombinasiyalı gedişlərini başa düşmək, nəticə çıxarmaq üçün lazım olan bilik və bacarıqlara malik deyillər. Onlar adi və elementar fəaliyyətlərini belə dövrün tələblərinə uyğun formada qura bilmirlər, yenilənə və dəyişə bilmirlər. Hətta daxillərində olan fərqli fikir daşıyıcılarını və yenilik tərəfdarlarını sıradan çıxarmaq, gözdən salmaq və müxtəlif yollarla susdurmaqdan belə çəkinmirlər. İstənilən siyasi partiya üçün özünü sınamaq baxımından gözəl bir fürsət olan növbədənkənar parlament seçkilərini dəstəkləmək əvəzinə ona qarşı çıxırlar. Qəbulu mümükün olmayan və qeyri- real şərtlər irəli sürürlər. Odur ki, bu bəyanatlara və bu kimi yanaşmalara əhəmiyyət verməyə dəyməz.
Növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünü alqışlayır və bu seçkilərin xalqımız və dövlətimiz üçün xeyirli və uğurlu olmasını arzulayıram ”.