Şəmkirdə bir ailədən beş nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı cinayət işi başlandıbackend

Şəmkirdə bir ailədən beş nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı cinayət işi başlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə bir ailədən beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

İnterpress.az xəbər verir ki, fakta görə Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində sürücü Abiyev Tural Aydın oğlu saxlanılıb.

Qeyd edək ki, hadisə Şəmkir – Gədəbəy avtomobil magistralında baş verib.

“Mitsubishi Pajero” markalı avtomobilin “VAZ 2107” markalı avtomobillə toqquşması nəticəsində iki kişi, iki qadın və bir azyaşlı olmaqla, beş nəfər ölüb.

İnterpress.az