ÜST rəsmisi: “Dünyada 8,1 milyon insan İİV-ə yoluxduğundan xəbərsizdir”backend

ÜST rəsmisi: “Dünyada 8,1 milyon insan İİV-ə yoluxduğundan xəbərsizdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2019-cu ilin iyun ayına olan məlumatına əsasən, hazırda dünyada İİV-lə yaşayan insanların sayı 37,9 milyon nəfərdir”.

İnterpress.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, onlardan yalnız 24,5 milyonu antiretovirus (ART) müalicə ilə əhatə olunub: “İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədi ilə bu xəstəliklə yaşayan hamilə qadınların 82 faizi ART-yə cəlb edilib. 1997-ci illə müqayisədə İİV-lə yeni yoluxma halları 40 faiz azalıb və 2018-ci ildə onların sayı 1,7 milyon nəfər olub. Şərqi Avropa və Mərkəzi Asiya regionunda yeni yoluxanların 95%-i risk qrupuna mənsub olan şəxslər və onların cinsi partnyorlarıdır. Təqribən 8,1 milyon insan isə bu xəstəliyə yoluxduğundan məlumatsızdır”.

H.Harmancı qeyd edib ki, 2004-cü illə müqayisədə bu xəstəlikdən ölənlərin sayı 56% azalıb və 2018- ci ildə 770 min nəfər təşkil edib: “Epidemiya başladığı andan 2018-ci ilin sonuna kimi isə ümumilikdə 32 milyon insan dünyasını dəyişib. İİV-ə yoluxmanın əsasən narkotiklərdən istifadə zamanı keçdiyi qeyd edilsə də, hazırda insanlar bu xəstəliyə daha çox transseksual yollardan yoluxurlar”.

İnterpress.az