Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu bölgələr açıqlanıbbackend

Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu bölgələr açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda İİV-in yayılma göstəricisinin yüksək olduğu bölgələr açıqlanıb.

İnterpress.az-ın xəbərinə görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə departamentinin rəhbəri Natiq Zülfüqarov deyib ki, İİV daha çox ölkənin cənub bölgəsində yayılıb.

Onun sözlərinə görə, cənub rayonlarında IIV-ə yoluxma göstəricisinin yüksək olmasının səbəbi ölkəyə qanunsuz narkotikin daha çox cənub sərhədindən keçirilməsi ilə bağlıdır: \”Cənub zonasında əhalinin sayı az olduğuna görə orada virusa yeni yoluxma faizi də yüksəkdir. Azərbaycanda IIV-ə yoluxanlar əsasən Bakı şəhərində yaşayırlar. Yoluxanların 23,6 faizi Bakıda yaşayır. Bakıda əhalinin sayı çox olduğu üçün, burada 2 milyondan çox insan yaşadığı üçün hər 1000 nəfərə düşən IIV-ə yoluxma halı azdır\”.

N.Zülfüqarov əlavə edib ki, IIV-ə yoluxma göstəricisi Şirvanda 52.9%, Hacıqabulda 31.2%, Astarada 26,4%, Lənkəranda 20.9%, Sumqayıtda 16.4%, Yevlaxda 14.2%, Mingəçevirdə 13.4%, Xızıda 11.3%, Göyçayda 10.8%-dir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 23.6 faizi Bakı şəhəri və Abşeron rayonunda, İİV-ə yoluxmuş vətəndaşların 75.7 faizi regionlarda yaşayır. İİV-ə yoluxmuş vətəndaşların 75.7 faizi regionlarda yaşayır.

İnterpress.az