POS-terminalların quraşdırılmasından imtina edənlər bu məbləğdə cərimələnəcəkbackend

POS-terminalların quraşdırılmasından imtina edənlər bu məbləğdə cərimələnəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı dəyişikliklər belə hallara qarşı vergi qanunvericiliyinin müddəalarının bir qədər də sərtləşdirilməsini özündə ehtiva edir.

İnterpress.az-ın məlumatına görə, Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinqdə bildirib.

Onun sözlərinə görə, dəyişikliklərdə POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmasından və nağdsız ödənişlərin qəbul olunmasından imtina hallarına görə maliyyə sanksiyalarının tətbiqi yer alıb:

“Bu hal ilk dəfə baş verdikdə 1000, ikinci dəfə olsa, 3000 və növbəti ildə isə təkrarlansa, 6000 manat maliyyə sanksiyası tətbiq olunacaq.

Bundan başqa, ƏDV ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatları barədə məlumatların elektron formada banklar tərəfindən aylıq olaraq dövlət vergi orqanlarına təqdim edilməsi, vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyanın tətbiqi üçün əsas yaradan müvafiq sənədləşmə tələblərinin dəqiqləşdirilməsidir.

Eyni zamanda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı vergiyə cəlb olunan gəlirlərin müəyyən edilməsi mexanizminin aydınlaşdırılması və vergi nəzarətinin təkmilləşdirilməsi bu dəyişikliklərə aiddir”.