AQTA sədri: BDU tələbələrinin zəhərlənməsinin səbəbi toksik mənşəlidirbackend

AQTA sədri: BDU tələbələrinin zəhərlənməsinin səbəbi toksik mənşəlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Bakı Dövlət Universitetinin tələbələrinin zəhərlənməsi faktı üzrə cinayət işi gedir\”.

İnterpress.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölüm səbəbi qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir: \”Digər məsələ hüquq-mühafizə orqanlarına aidir. Bu barədə sonda hüquq-mühafizə orqanları AQTA ilə birlikdə açıqlama verəcək\”.

Sədr qeyd edib ki, KİV-də zəhərlənmə ilə bağlı çox tələsik məlumat yayılmışdı. Bir qisim insanlar bunu qida zəhərlənməsi kimi vermişdi.

İnterpress.az