MN Göyçayda tapılan hava şarı ilə bağlı məsələyə aydınlıq gətirdibackend

MN Göyçayda tapılan hava şarı ilə bağlı məsələyə aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyi Göyçayda evin həyətinə düşən bağlama barədə məsələyə münasibət bildirib.

MN-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, atmosferin meteoroloji vəziyyətinin qiymətləndirilməsi məqsədilə artilleriya təlimlərindən əvvəl helium qazı doldurularaq buraxılan zond (şar) havanın müxtəlif parametrlərini ölçmək imkanı verir:

“Meteoroloji vəziyyəti qiymətləndirmək üçün havaya buraxılmış bu zond təhlükəsizdir və təşvişə heç bir səbəb yoxdur”.

Qeyd edək ki, bəzi yerli elektron KİV-də Göyçay rayonunda yaşayan sakinlərdən birinin evinin həyətinə üzərində şar olan plastik qabdan ibarət bağlama düşüb və üzərində “Ermənilər şərərfsizdir, hər şey vətən üçün” yazısı yayılıb.

İnterpress.az