Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 3,5 saat davam etdibackend

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 3,5 saat davam etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Bratislavada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutan görüşü 3 saat yarımdan çox davam edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında geniş müzakirələr aparıb.

Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Görüş ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutub.

İnterpress.az